06.02.2025, 21:03
AZ EN
06.02.2025, 17:49 11

Zəngəzur dəhlizi istənilən halda açılacaq

XƏBƏRLƏR

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əslində dəhlizin açılması ilə bağlı yeni imkanlar var, İrəvan bu imkanlardan vəziyyəti dəyişmək üçün istifadə edə bilər.

“Vətən səsi” xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş SSRİ dövrünün xəritələri əsasında bir-birinin ərazi bütövlüyünün tanınması məsələsində Azərbaycanla razılığa gələ biləcəyini söyləyib: “Amma keçmiş sovet xəritələrinə əsasən, razılığa gəlmək prosesin uzanmasına yol aça bilər: “Bu məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə sıx bağlıdır. Çünki sərhəddin konkret haradan keçdiyi hələ müəyyənləşməyib və delimitasiya prosesinin nə vaxt başa çatacağı məlum deyil”.

Politoloq bildirib ki, SSRİ xəritələri əsasında razılaşma əvvəlki dövrlərdə də olub. Lakin həmin dövrdə də Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin konkret haradan keçməsi ilə bağlı hər hansı sənəd olmadığından məsələ açıq qalıb: “Əslində SSRİ dövründə olmuş xəritələr o qədər də dəqiq deyil. Ona görə də Ermənistanın sərhədlərin SSRİ xərtələri əsasında müəyyən edilməsi barədə mövqeyi yenilik sayılmır. Üstəlik Paşinyan SSRİ dövrünün xəritələrindən bəhs edərkən konkret olaraq hansı illərin xəritələrini nəzərdə tutduğunu açıqlamayıb”.

Fərhad Məmmədob deyib ki, Paşinyanın açıqlamalarında onun Zəngəzur dəhlizi ilə bağlı hansı mövqedə olduğu tam aydın deyil. Çünki onun “SSRİ dövrünə aid xəritələrə əsasən razılığa gələcəyik” ifadəsi Zəngəzur dəhlizini istisna etmir: “Əgər sərhədlər SSRİ-nin son illərdəki xəritələri əsasında müəyyənləşdirilərsə, Zəngəzur ərazisi Ermənistanda qalmış olur və Azərbaycana yalnız Naxçıvana gediş-gəliş üçün dəhliz verilir. Azərbaycanın isə Zəngəzur dəhlizi məsələsində mövqeyi qətidir, prezident İlham Əliyev bu məsələdə qəti fikrini ortaya qoyub. İndi qalır Ermənistanın buna nə dərəcədə hazır olması, bunu da Paşinyan özü həll etməlidir”.

Elxan SALAHOV

Oxşar xəbərlər