Bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.
Həm Zəngəzurda, həm də Qarabağda yol təsərrüfatı sahəsində genişmiqyaslı işlər görüldüyünü qeyd edən dövlətimizin başçısı bildirib ki, elektrik enerjisi və yol əsasdır, bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz.
“Bu gün mənə, eyni zamanda, digər infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Hesab edirəm ki, qısa müddət ərzində, - müharibədən cəmi ilyarım keçib, - bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.