Bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində bildirib.
Bildirilib ki, qardaşlığa, qarşılıqlı dəstəyə və həmrəyliyə əsaslanan müttəfiq Azərbaycan-Türkiyə əməkdaşlığı, müxtəlif təşkilatlar və formatlar çərçivəsində regional və beynəlxalq əməkdaşlıq, eləcə də qlobal təhlükəsizlik çağırışları və problemləri ətraflı müzakirə edilib.
Tərəflər müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya, iqlim dəyişikliyi ilə mübarizə və s. sahələrdə mövcud imkanlardan istifadə edərək türk dünyasında əməkdaşlığın genişləndirilməsi üçün TDT-nin gücləndirilməsinin vacibliyini təsdiqləyiblər.
Görüşdə həmçinin münaqişədən sonrakı dövrdə regional yenidənqurma işləri və sülh səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti müzakirə edilib. (Trend)