19.10.2024, 13:30
AZ EN
28.12.2023, 16:13 312

Nazir: Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışını Ermənistanda ərazi iddiası kimi qəbul edirlər

XƏBƏRLƏR
  • Təəssüf və təəccüb doğuran odur ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışını Ermənistanda ərazi iddiası kimi qəbul edirlər. Hətta Baş nazir bu mövzunun müzakirə edilməsini Ermənistan üçün milli təhlükəsizlik təhdidi saydığını deyib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Hesab edirik ki, Ermənistan tərəfi sırf bu mövzuda da Azərbaycan kimi mövqe sərgiləyərsə, müsbət irəliləyişin şahidi ola bilərik”, - nazir qeyd edib. (APA)

Oxşar xəbərlər