22.11.2024, 01:39
AZ EN
27.12.2023, 11:15 327

Əhməd İsmayılov: Ulu Öndər Heydər Əliyev mətbuatın cəmiyyətə təsir gücünü hər zaman yüksək qiymətləndirib

XƏBƏRLƏR
  • Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin ləğv edilməsi mətbuatda senzuranı tamamilə aradan qaldırdı. Bütün bunlar ölkədə söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi media subyektlərinin təsis olunmasını, onlardan istifadə qaydalarını asanlaşdırdı, dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi.

Bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən konfransda söyləyib.

Əhməd İsmayılov bildirib ki, zəngin və şərəfli yol qət etmiş Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olan, cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynayan, hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirən Ulu Öndər jurnalist peşəsinə dərin hörmət bəsləyib, mətbuat işçiləri ilə yaxın təmasda olub, onların problemləri ilə maraqlanıb və heç vaxt köməyini əsirgəməyib. Ümummilli lider media subyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib, müvafiq fərman və sərəncamlar imzalayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR