22.11.2024, 08:42
AZ EN
15.12.2023, 14:31 304

Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər delimitasiya ilə bağlı yeni görüş olmayacaq

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər delimitasiya ilə bağlı yeni görüş olmayacaq.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.

Qriqoryanın sözlərinə görə, komissiyanın növbəti danışıqlarının tarixi və yeri hələ müəyyən edilməyib, lakin tərəflər fəaliyyət reqlamentini artıq təsdiqləyib, bu səbəbdən yaxın gələcəkdə tarixi razılaşdırmaq mümkün olacaq.

“Delimitasiya və demarkasiya illərlə vaxt apara bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir. Sərhədin hər bir hissəsi razılaşdırılmalıdır”, - deyə o bildirib.

“İşin gedişatı təxminən belədir: keçirilən iclaslarda hər bir komissiya öz xəritəsini və ya onun fraqmentini, hüquqi sənədlərini təqdim edir, sonra fikir mübadiləsi aparılır”, - deyə Baş nazirin müavini əlavə edib. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR