23.11.2024, 01:18
AZ EN
13.12.2023, 10:52 321

Zaxarova: "Sülh müqaviləsinin imzalanma vaxtını Bakı ilə İrəvan təyin etməlidir"

XƏBƏRLƏR

"Biz Bakı və İrəvanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq üçün qarşılıqlı istəyini həqiqətən alqışladıq".

"Vətən səsi" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 12-də keçirdiyi brifinqdə bildirib. O, rəsmi Moskvanın Azərbaycan və Ermənistan arasında  “hamı üçün” prinsipinə uyğun olaraq, hərbi əsirlərin mübadiləsinə dair razılaşmasını alqışladığına diqqət çəkib: "Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2020-2022-ci illərdə bağlanmış sazişə uyğun olaraq barışıq üçün əlavə imkanlar açır. Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanma müddətinə gəlincə, əvvəllər dediyimiz kimi, bunu tərəflər özləri müəyyən etməlidir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Moskva balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarına bundan sonra da kömək etməyə hazırdır: “Belə bir sənəd regionda davamlı sülh və sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində tərəflər hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəlib. Razılaşmaya uyğun olar Azərbaycan tərəfindən azad edilən erməni əsilli 32 hərbçinin müqabilində Ermənistan 2 azərbaycanlı əsiri azad etməlidir. Bu razılaşmadan sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalama şansı artıb. Ekspertlər və siyasi təhlilçilər sülh müqaviləsinin ən geci gələn ilin birinci yarısında imzalanacağını düşünürlər. Müqavilənin harada bağlanacağı da artıq müzakirə mövsudur. Tərəflər arasında çərçivə sazinin Moskvada, Brüsseldə və ya Vaşinqtonda deyil, Azərbaycanla Ermənistanın dövlət sərhədində və ya Tbilisidə imzalanacağı ehtimalının yüksək olduğu qənaətindədir. Müqavilənin imzalanacağı ünvanlar arasında Türkiyənin də adı çəkilir.

Elxan SALAHOV

Oxşar xəbərlər