Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur. Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir.
"V.Oskanyan da ATƏT-in sabiq Minsk qrupu, Tomas de Vaal kimi artıq keçmişdir", - deyə açıqlamada vurğulanıb. (AZƏRTAC)