20.04.2025, 10:12
AZ EN
05.06.2024, 11:30 356

Qəhrəmanmaraşda tikilməkdə olan Azərbaycan məhəlləsində tikinti işləri sürətlə davam edir

XƏBƏRLƏR
  • Türkiyədə əsrin fəlakəti nəticəsində evsiz qalan insanların  yeni yaşayış yerləri ilə təmin edilməsi üçün qardaş ölkənin 11 vilayətində yüzlərlə tikinti meydançası yaradılıb. Lakin onların arasında biri var ki,  həmin meydançada istifadə edilən beton, armatur, təkcə yeni binaların təməllərin sütunlarını yox, eyni zamanda tarixin dərinliklərindən gələn və əbədiyyətə qədər davam edəcək Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirir.Təbii ki, söhbət Qəhrəmanmaraşda tikilməkdə olan Azərbaycan məhəlləsindən gedir.

32 hektar sahədə ümumilikdə 71 yaşayış binasında 1300-dən artıq mənzil,  800-ə yaxın qeyri-yaşayış obyektinin tikintisinin nəzərdə tutulduğu Azərbaycan məhəlləsində işlər sürətlə davam edir. Layihə çərçivəsində 4 kvartal ölkəmizin vəsaiti hesabına tikilir. Bu 456 mənzil və 328 iş yeri deməkdir. Azərbaycan hökumətinin layihədəki icraçı qurumu Mənzil inşaatı Dövlət Agentliyidir.

Qeyd edək ki, Azərbaycan televiziyası xüsusi layihəsi çərçivəsində Qərhəmanmaraşdakı Azərbaycan məhəlləsinin tikintisini ilk gündən diqqət mərkəzində saxlamağa çalışır. Azərbaycan Televiziyası bu tikinti meydançasında fevral ayında da, may ayında da dəfələrlə çəkilişlər aparıb. Son çəkilişdən bu yana ötən bir ay ərzində qeydə alınan irəliləyiş isə bu tikinti meydançasında işlərin nə qədər yüksək sürət və böyük fədakarlıqla görüldüyünü nümayiş etdirir.

Video-çəkilişdə bildirilir ki, Qərhəmanmaraşdakı Azərbaycan məhəlləsində Mənzil İnşatı Dövlət Agentliyi tərəfindən tikintisi davam edən 8 binanın karkas inşaatı başa çatdırılıb. Artıq tikinti işləri də yeni mərhələyə keçib. 7 və 8-ci kvartallarda isə ümumilikdə 10 minanın inşası nəzərtə tutulub.

Azərbaycan məhəlləsindəki Heydər Əliyev məktəbində inşaat işləri çoxdan başa çatıb. Hazırda burda son tamamlama işləri davam edir. Həmin işlərin də 70 faizi artıq yerinə yetirilib.

Layihə Türkiyədə nüfuzlu siyasi dairələrin təmsilçilərinin və sadə vətəndaşlara qədər, hər kəs tərəfindən böyük rəğbətlə qarşılanır.

Millət vəkili, Zuhal Karakoz Dora:

-Azərbaycan məhəlləsi, zatən bilirsiniz, Azərbaycan bulvarı idi. Qəhrəmanmaraşın bələdiyyəsinin də olduğu, ən işlək, ən böyük küçəmiz idi, ora bizim üçün çox qiymətlidir. O bölgənin yenidən çox gözəl bir şəkildə çevrəyə uyğun bir memarı ilə inanılmaz gözəl standartlarda yenidən tikilməsi, şəhərimizdə Azərbaycan bulvarının qarşılığını, haqqını fazlasıyla verən bir qardaşlıqla yanımızda olduğunuza görə mən çox təşəkkür edirəm. Hər zaman yanımızda olmusunz və yanımızdasınız. Bunu evlərimizin içərisinə girdiyimizdə, öz açarlarımızla qapılarımızı açdığımızda bu sevinci içimizdə  hiss etməyə sayəsində davam edəcəyik.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər