Milli Məclisin deputatı Mahir Abbaszadə Ermənistanın regionla bağlı marağı, ümumiyyətlə, Qərbin Ermənistanla bağlı mövqeyi və Zəngəzur dəhlizi məsələsi ilə bağlı ARB-nin youtube kanalına açıqlamasında bildirib ki, öncə onu qeyd etmək lazımdır ki, 10 noyabr maddəsinin müddəalarında da göstərilir ki, Ermənistan tərəfi bütün kommunikasiyaların açılması və əraziyə qalıcı sülhün gəlməsi ilə bağlı öhdəliklər götürüb və bu öhdəliklər içərisində Zəngəzur dəhlizinin açılması və Azərbaycanın Naxçıvanla əlaqələrin aparılması və bundan sonra Türkiyənin ordan Avropaya gedən xəttin inkişaf etdirilməsidir: “Müharibə bitdikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə istər beynəlxalq konfranslarda, istər çoxtərəfli və yaxud da ikitərəfli görüşlərdə regionun gələcək inkişafı ilə bağlı baxışlarını müəyyənləşdirərkən burada əsas məsələlərdən biri də Zəngəzur dəhlizini açılması idi. Təbii ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı, xatırladaq ki, əvvəllər Avropa İttifaqı da ciddi şəkildə dəstək verməkdə idi. Hətta bu ərazinin Ermənistandan keçən hissəsinin dəmir yolu çəkilməsi ilə bağlı olan vəsaitlərin də Avropa ittifaqı tərəfindən ödənilməsində də müəyyən danışıqlar aparılırdı. Amma sonrakı mərhələlərdə biz gördük ki, Ermənistan əvvəllər olduğu kimi, yenə Azərbayanla danışıqlarda səmimiyyət ortaya qoymur. Bu, əslində Zəngəzur dəhlizinin açılmasına Ermənistan tərəfindən verilməyən dəstək Ermənistanın əraziyə gəlcək sülhün və təhlükəsizliyi istəməməsi ilə bağlıdır. Amma sonrakı mərhələdə Azərbaycanın atdığı addımlar Ermənistan tərəfini tamamilə başqa bir vəziyyətə qoydu. Çünki biz dəfələrlə izzah edirdik ki, Zəngəzur dəhlizinin açılması və inkişaf etdirilməsi Azərbaycan üçün deyil, həm də Ermənistan üçün çox böyük dividentlər əldə edəcək. Çünki Ermənistanın iqtisadi imkanları artacaq, lokistik imkanları artacaq. Biz Ermənistanın yerləşdiyi coğrafiyaya baxsaq, görərik ki, Ermənistanın sərhədlərinin təxminən 75 faizi Azərbaycanla və Türkiyə ilə olan sərhədlərdir. Məhz nə Türkiyə ilə, nə Azərbaycanla Ermənistanın münasibətləri normal deyil. Bu tərəfdən də Zəngəzur dəhlizinin açılması Ermənistana ciddi imkanlar yaradacaqdı. Amma biz təbii ki, kommunikasiyaların bərpa edilməsi və inkişafında Ermənistanı gözləyə bilmərik. Azərbaycan özü müstəqil regionda, xüsusilə də Cənubi Qafqazda özü müstəqil siyasət yeritməkdədir və ona görə də artıq möhtərəm Prezidentin verdiyi qərar onda ibarət oldu ki, biz Naxçıvanla əlaqələri İran üzərindən davam etdirməliyik və bu yolun çəkilişi davam olunmalıdır. Belə olduğu təqdirdə, Ermənistanın Avropadakı dostları, istər Ermənistanı indi idarə edənlər başa düşdülər ki, artıq gecdir, Azərbaycan bu yolun çəkilişi ilə bağlı qərar verib. İndi başqa bir fikirlər irəli sürülməkdədir. Amma bu Zəngəzur dəhlizinin açılması və inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin açıq fikri var. Bu fikir Azərbaycan dövlətinin və Azərbaycan ictimaiyyətinin fikrini özündə ifadə edir. Bu ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılmasına təkcə yol və koridorun açılması kimi baxmırdıq. Həm də bu, bölgədə əlaqələrin, kommunikasiyaların bərpa olunmasına və sülhün təhlükəsizlin təminatı kimi baxırdıq. Dövlətlərin və qonşuların arasında kommunikasiyaların və dəmir yol xətlərinin olması çox bacib məqamdır. Bu, istər-istəməz iqtisadi imkanların inkişafına səbəb olur, gediş-gəlişi asanlaşdırır. Birgə lasyihələrin həyta keçirilməsində, işçi qrupların yaranmasına və komissiyaların yaranmasına gıətirib çıxarır. Amma Azərbaycan dəfələrlə öz addımlarını atdı, lakin görünür ki, Ermənistan tərəfi yenə nəsə başqa bir şeylər fikirləşir, xüsusilə, məndə olan məlumatlara görə, Ermənistanın Avropadakı dostları yenə Ermənistanı bu yoldan, bu addımlardan çəkindirməyə çalışır. Lakin biz sonunda öz qərarımızı vermişik. Kommunikasiyaların inkişaf etdirilməsində maraqlıyıq. Bu gün də, sabah da, bundan sonra da...”
Millət vəkili daha sonra əlavə edib ki, istər Amerika Birləşmiş Ştatları, istər Avropa Birliyinin regionda olan maraqları təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil, orta dəhlizlə bağlıdır ki, bunun da ayrılma hissələrindən biri gəlib Zəngəzur dəhlizi ilə əhatələnr: “Çünki əgər biz orta dəhlizin inkişafının xəritəsinə baxsaq, görərik ki, burada ən aparıcı rollardan biri Azərbaycandır və Azərbaycan Avropaya çıxış qapısıdırsa, Azərbaycan da Zəngəzur dəhlizinə təklif edir ki, biz burada inkişaf etdirməklə bütövlükdə dəhlizin inkişafına nail ola bilərik. Məndə olan məlumatlara görə, əslində bu gün Avropanı, Amerikanı Zəngəzur dəhlizi ilə bağlı düşündürən Ermənistanın mövqeyi deyil, Ermənistan burda alətdir. Ermənistandan sadəcə istifadə olunur. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistandakı hakimiyyət müstəqil siyasət yeridə bilmir. Ermənistan idarə olunur. Ermənistan idarə olunduğu təqdirdə təbii ki, bu dövləti idarə edənlər də gələcək imkanları qiymətləndirərkən öz planlarını və imlkanlarını ortaya qoyur. Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət rəylər olsa da, amma Zəngəzur dəhlizinin təhlükəsizliyi ilə bağlı olan məsələlərdə fikir ayrılıqları mövcuddur. Yəni dəhlizi açmaq məsələnin həlli deyil. Çünki noyabr bəyannaməsinə görə kommunikasiyaların təhlükəsizliyini həyata keçirən Rusiya dövləti olmalıdır. Tutaq ki, Ermənistan tərəfi əgər bu təhlükəsizliyi öz üzərinə götürürsə, kim zəmanət verər ki, gələcəkdə Zəngəzur dəhlizinin hərəktləri zamanı Ermənistanın təhlükəsizlik orqanları başqa məqsədlər üçün bu yoldan istifadə etməyəcəklər. Bununla bağlı heç bir qarantiya yoxdur”.
Hazırladı: Tahirə AĞAMİRZƏ