19.10.2024, 23:41
AZ EN
08.12.2023, 07:10 288

ABŞ-nin keçmiş səfiri: Separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsi qarşısında duran əngəl aradan qaldırılıb

XƏBƏRLƏR
  • Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının çıxarılması və separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb.

Bu barədə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza sosial şəbəkədə yazıb.

“Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının və separatçı siyasi hakimiyyətin sonu həm Ermənistanın Baş naziri Paşinyan, həm də Azərbaycan Prezidenti Əliyev tərəfindən sülh müqaviləsi qarşısında duran sonuncu maneəni aradan qaldırdı”, – diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. (Report)

Oxşar xəbərlər