Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Məlumat üçün qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüş zamanı şəhid olub.
Baş leytenant Vaqif Qurbanov isə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə şəhid düşüb. Belə ki, onun idarə etdiyi təyyarə erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik - Əsgəran yaxınlığında vurulub. (Report)