Bu Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
“Məlum olub ki, o, səlibçi mentaliteti ilə yaşayırmış və Azərbaycan torpaqlarının işğal altında qalması onun üçün tamamilə məqbul imiş. Tomas de Vaal başa düşməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunub və onun kimi başabəla ekspertlərin bu sahədə məşğul olacağı bir iş yoxdur. Heç kimə Tomas de Vaalın “dahiyanə” fikirləri, ideyaları lazım deyil. Tomas de Vaal ATƏT-in Minsk Qrupu kimi artıq keçmişdir”, - açıqlamada deyilir. (APA)