19.10.2024, 09:34
AZ EN
26.08.2024, 15:56 249

Xankəndi Seçki Dairəsində bütün təchizatlar hazır vəziyyətdədir

XƏBƏRLƏR
  • Xankəndidə seçkiyə hazırlıq prosesi artıq bir həftədir ki yekunlaşıb.

Bunu 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsinin sədri İmran Mirzəyev deyib.

O bildirib ki, hər şey çox yüksək səviyyədə hazırlanıb: "Bütün təchizatlar hazır vəziyyətdədir. Seçki məntəqəmizin üzvləri də tam hazırdırlar, təlimat keçiblər. İnşallah, seçkiləri çox yüksək səviyyədə keçirəcəyik".

Məntəqə sədri qeyd edib ki, artıq bütün seçicilərə bildirişlər paylanılıb.

"Sevindirici haldır ki, ilk dəfə azad Xankəndidə səs verəcək gənclərimiz də var. Onlar ilk dəfə bu seçkidə məntəqəyə gələcəklər. Qürurluyuq, fəxr edirik ki, öz torpağımızda səs verəcəyik", - İ.Mirzəyev vurğulayıb. (Report)

Oxşar xəbərlər