Bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib ki, indi Qarabağda elektron portal fəaliyyət göstərir. Artıq Qarabağ ermənilərinin bir neçəsindən müraciət qəbul olunub. Bəziləri qalmaq istəyirlər, orada yaşayırlar. “Biz Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr ayırmışıq ki, onlar müvafiq şərait yaratsınlar. Onlar ərzaqla təmin olunmalıdır, istilik təmin edilməlidir və digər yaşayış üçün şərait təmin edilməlidir. Mən demirəm ki, onların çoxu qalıb. Lakin qalmaq qərarı verən ermənilər artıq bu şəraitdən yararlanırlar”, - deyə dövlətimizin başçısı əlavə edib. (AZƏRTAC)