Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə çıxışı və müzakirələrdə iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır. (AZƏRTAC)