20.09.2024, 12:40
AZ EN
04.12.2023, 11:29 257

Beynəlxalq təşkilat: "Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım yetərli deyil"

XƏBƏRLƏR
  • "Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım yetərli deyil".

Bunu "LİNKS Europe" təşkilatının direktoru Dennis Sammut dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mina qurbanları heç vaxt unudulmamalıdır: "Çünki humanitar problemdir və hər kəs sözügedən məsələ ilə bağlı beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıdır. Biz çalışmalıyıq ki, hər bir ölkə məsələyə regional yanaşsın və birgə işləsinlər. İstərdik ki, Cənubi Qafqaz ölkələri Ottava Konvensiyasına qoşulmaq barədə düşünsünlər. Çünki bu sənəd minalardan istifadəni və istehsalı qadağan edir. Biz minasız Cənubi Qafqaz üçün addımlar atmalıyıq. Çünki Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım, görülən işlər problemin çərçivəsinə adekvat deyil. Gələn il donor təşkilatları Azərbaycana dəvət edəcək və problemlə əlaqədar mümkün qədər daha böyük işlərin görülməsinə çağırışlar edəcəyik". (Report)

Oxşar xəbərlər