Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X”də paylaşım edib.
“Ermənistan-Azərbaycan münasibətlərinin gərgin vaxtında Laçın sərhəd-keçid məntəqəsində erməni gənc xanım üçün azərbaycanlı jurnalistlərlə söhbət etmək çətin sınaq olmalı idi. Onun gülümsəyərək bunu etməsi faktı Qarabağın etnik erməni sakinlərinin uzlaşma və reinteqrasiyası şanslarının mövcud olduğunu göstərir”, - deyə paylaşımda qeyd edib. (Report)