Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Səməd Seyidovun qatılacağı AŞPA-nın Daimi Komitəsinin iclasında Polşada parlament seçkilərinin müşahidəsi ilə bağlı, “Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf”, “Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi” mövzularda və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Tədbirdə, həmçinin, Daimi Komitənin növbəti iclaslarının yeri və vaxtı müəyyənləşdiriləcək.
Səfər çərçivəsində Səməd Seyidov qurumun Büro iclasında da iştirak edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək.
Səfər noyabrın 29-da başa çatacaq. (APA)