30.04.2024, 21:29
AZ EN
23.11.2023, 19:47 222

Britaniyalı nazir minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlıqdan danışıb

XƏBƏRLƏR
  • Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlıqdan danışıb.

Leo Dokerti eksklüziv müsahibəsində deyib ki, “biz minaların təmizlənməsi prosesindəki rolumuzla fəxr edirik”. 

“Bildiyiniz kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Bizim zəngin təcrübəmiz var, bu təcrübəni bölüşməyə əsaslanan güclü əlaqələr qurmaqdan qürur duyarıq. Biz maliyyə qoymuşuq və indi etməyə çalışdığımız iş həm də daha çox mütəxəssis təcrübəsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə bağlı təcrübəmizi azərbaycanlı tərəfdaşlarla bölüşməyə imkan verən tərəfdaşlıq qurmaqdır. Beləliklə, biz bu tərəfdaşlığın uzun illər davam edəcəyini gözləyirik, çünki minaların təmizlənməsi işi əlbəttə ki, uzun illər çəkəcək” – britaniyalı nazir qeyd edib. (APA)

Oxşar xəbərlər