01.08.2025, 13:05
AZ EN
23.11.2023, 15:21 341

Azərbaycan XİN: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da keçiriləcək"

XƏBƏRLƏR
  • Sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, bu gün Ermənistan XİN Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlindiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq vermişdi. (Report)

Oxşar xəbərlər