21.11.2024, 21:18
AZ EN
22.11.2023, 12:53 292

Səbinə Əliyeva: Mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır

XƏBƏRLƏR
  • "Azərbaycan hər zaman bütün beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşıb, onlara riayət edib. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycana qarşı biz bu hörməti görmürük".

Bunu Naxçıvanda keçirilən seminar çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O, mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən birinin Azərbaycan olduğunu vurğulayıb.

Səbinə Əliyeva 30 il ərzində bütün qurumlara müraciət edilməyinə baxmayaraq, Ermənistan tərəfindən əsir, girov götürülən 4 minə yaxın soydaşımız haqqında hələ də məlumat əldə olunmadığını da qeyd edib: “Onların arasında qadın və uşaqlar çoxluq təşkil edir. Bizim işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri keçirilən zaman kütləvi məzarlıqlar aşkar olunub. Bu məzarlıqlarda tapılan qalıqların üzərində işgəncə faktları təsdiq olunub. Bu günə qədər tərəfimizdən beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib olunaraq beynəlxalq qurum və məhkəmələrə təqdim edilib. Bunlardan mina terroru və itkin düşmüş şəxslər haqqında hesabatları da misal göstərə bilərəm. Biz hesab edirik ki, həm də konfrans və seminarların təşkil olunması ilə haqlı mövqeyimizi daha yaxşı və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq". (APA)

Oxşar xəbərlər