Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgədə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər:
"Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata sövq edənlər, qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular". (Report)