05.03.2026, 09:34
AZ EN
24.12.2025, 09:13 191

Ermənistanda "Moldova ssenarisi" işə salınır

XƏBƏRLƏR
  • Gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Paşinyanı hakimiyyətdə saxlamaq istəyən qüvvələrlə rəqibləri arasında mübarizə daha da sərtləşir. Hər iki tərəfin - həm hakimiyyətin, həm də Nikol Paşinyana müxalif qüvvələrin tərəfdarları kifayət qədər fəaldır. Hətta Avropa İttifaqı da faktiki olaraq hazırkı Baş nazir Nikol Paşinyanı dəstəkləyir və Ermənistanda seçki avtoritarizmi formalaşdırılması prosesinə olduqca loyal yanaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Ermənistandakı seçkiöncəsi prosesləri təhlil edərkən bildirib. O, Avropa İttifaqının (Aİ) 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Rusiyadan Ermənistana hibrid təhlükələrə qarşı mübarizə üçün 12 milyon avro ayırmasını təsadüfi hesab etmir. Surenyantsın sözlərinə görə, əslində, Aİ rəsmiləri Paşinyanın müxalifətə qarşı repressiv fəaliyyətini təşviq edir və faktiki olaraq ona seçki avtoritarizmini qurmaq üçün “yaşıl işıq” yandırıblar.

Erməni politoloq vurğulayıb ki, Aİ-nin məqsədi Nikol Paşinyanı hakimiyyətdə saxlamaq və Ermənistanda böyük təsir gücünə malik rusiyapərəst , müxalif qüvvələri zərərsizləşdirməklə onların iqtidara gedən yolunu bağlamaqdır. Ekspert əlavə edib ki, Avropa İttifaqı Moldovada keçirilən son parlament seçkilərində bu metodu uğurla tətbiq edib.

Xatırladaq ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bir müddət əvvəl Ermənistan rəhbərliyinin seçkilərə xarici  müdaxilənin qarşısını almaq üçün ın Brüsseldən dəstək istədiyini açıq şəkildə bəyan etmişdi. "Seçkilərə xarici  müdaxilə" ifadəsinin altında Rusiyanın olduğu da sirr deyil. Məhz buna görə də Brüssel İrəvanın müraciətinə cavab olaraq, 2026-cı il parlament seçkiləri ərəfəsində 12 milyon avro ayırmağa hazır olduğunu açıqlayıb. Bildirilib ki, vəsaitlər xarici informasiya manipulyasiyaları və müdaxiləyə qarşı mübarizə və kibertəhlükəsizliyin gücləndirilməsinə xərclənəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər