Yürüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edib.
Seyrəngahda tədbirin bədii hissəsi keçirilib. Saat 15:00-da isə Laçın bulvarında bayram konserti olacaq. (Report)