22.12.2024, 10:59
AZ EN
07.11.2023, 16:18 237

Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir

XƏBƏRLƏR
  • “Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviç 2023-cü il oktyabrın 23-də Qərbi Azərbaycan “İcması” nı ziyarət edərək Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınlarla görüşmüşdür”.

Bunu  Qərbi Azərbaycan “İcması”nın sözçüsü  Ülviyyə Zülfüqar İTV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi xüsusilə bu görüşdən  sonra Qərbi Azərbaycan “İcması”nın beynəlxalq təşkilatlar  çərçivəsində özünün insan hüquqları gündəliyi üzrə  apardığı fəaliyyətə qarşı misli görünməmiş qarayaxma və təzyiq kampaniyası aparır: “Ermənistan xarici işlər nazirinin mətbuat katibi 2023-cü il noyabrın 6-da açıq şəkildə bildirmişdir ki, Ermənistan tərəfi  bu ölkədən qovulmuş azərbycanlılar məsələsi ilə məşğul olmasını dayandırması üçün  Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviçə qarşı ciddi təzyiqlər göstərir. Ermənistan xarici işlər nazirliyinin sözçü hətta iddia edir ki, Ermənistanın göstərdiyi təzyiqlərə görə D.Miyatoviç səfərinin yekunlarına dair yaydığı mətbuat devizində Ermənistandan olan azərbaycanlı qaçqınlarla bağlı keçirmiş olduğu görüşü barədə istinad verməmişdir.

Qərbi Azərbaycan “İcması” Ermənistanın həyata keçirdiyi qarayaxma kampaniyasını insan hüquqlarına, ifadə azadlığına və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri hörmətsizlik hesab edir. Bu kampaniya bir daha onu sübut edir ki,  Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir və qovulmuş azərbayanlıların öz evlərinə qayıtmasına imkan yaratmaq niyyəti  yoxdur. “İcma” Beynəlxalq insan hüquqları təsisatına, xüsusilə Avropa Şursının insan hüquqları üzrə komissarı Dünya Miyatoviçi Ermənistanın təzyiqlərinə məhəl qoymamağa, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsi ilə məşğul olmağa davam etməyə çağırır”,- deyə Ülviyyə Zülfüqar vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər