19.10.2024, 18:18
AZ EN
04.11.2023, 13:53 203

Bölgədə üçtərəfli platformanın yaradılması ilə bağlı bir sıra təkliflər var - Fərid Şəfiyev

XƏBƏRLƏR
  • Bölgədə üçtərəfli platformanın yaradılması ilə bağlı bir sıra təkliflər var. Prezident İlham Əliyev üçtərəfli platformanın yaradılması ilə bağlı təklif irəli sürüb və o, Gürcüstanın Baş naziri tərəfindən dəstəklənib. Ermənistandan bu təklifə cavab yoxdur. Amma bu məsələlər ekspertlər səviyyəsində müzakirə olunur.

Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Belə bir imkan yarandı ki, biz bu gün Azərbaycandan olan müxtəlif mütəxəssislər, ekspertlər ilə müzakirələr aparaq. Gürcüstan, sadəcə olaraq, bir məkandır, orada Ermənistandan və Azərbaycandan olan nümayəndələr görüşürlər, müzakirələr aparırlar. Dəyirmi masada, həmçinin yeni yaranmış geosiyasi vəziyyət barədə danışıqlar aparıldı”, - deyə İ.Şəfiyev bildirib. (Trend)

Oxşar xəbərlər