Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu - görülmüş işlər və çağırışlar" mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə çox qısa müddət ərzində görülən işlər göz önündədir: "Sözsüz ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və igid ordumuzun gücü sayəsində 30 illik işğala son qoydu. İgid oğullarımızın qanı-canı bahasına torpaqlarımız azad edildi". (Report)