22.11.2024, 20:35
AZ EN
01.11.2023, 15:13 279

Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının genişləndirilməsi Brüsseldə müzakirə olunacaq

XƏBƏRLƏR
  • Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının tərkibinin genişləndirilməsi məsələsi bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq.

Bu barədə Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritter jurnalistlərə açıqlamasında deyib.

Ritter hazırda Müşahidə Missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, Missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib.

“Missiyanın genişləndirilməsi məsələsi ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Nəticələri gözləməliyik. Ancaq əvvəllər deyildiyi kimi, hazırda burada baş verənlərə görə bu missiyaya böyük siyasi diqqət yetirilir".

Aİ-yə üzv olmayan üçüncü ölkənin Aİ-nin Ermənistandakı Missiyasına qoşulmasının mümkünlüyü məsələsinə toxunan Markus Ritter Kanadanın Aİ-nin müşahidə missiyasına qoşulma qərarını xatırladaraq digər ölkələrdən də analoji marağın olacağı halda bu məsələnin Brüsseldə müzakirə olunacağını deyib. (APA)

Oxşar xəbərlər