19.09.2024, 04:17
AZ EN
25.12.2023, 18:58 260

Kreml: MDB sammitində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü planlaşdırılmır

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrı-ayrılıqda ikitərəfli təmaslar nəzərdə tutulmayıb, lakin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində müzakirələr baş tuta bilər.

Bu barədə jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır, lakin hər kəs tədbir çərçivəsində ünsiyyət qura biləcək", - o bildirib.

Qeyd edək ki, MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək. (Report)

Oxşar xəbərlər