10.10.2025, 00:34
AZ EN
31.10.2023, 14:08 355

Makron Qazaxıstan və Özbəkistana səfərə hazırlaşır

XƏBƏRLƏR

Son illər regional siyasətdə Ermənistanın ən yaxın müdafiəçisi rolunda açıq şəkildə çıxış edən Fransa prezidenti Emmanuel Makron bəzi məsələlərlə bağlı türk dövlətləri ilə yeni müstəvidə münasibətlər yaratmağa ehtiyac duyur. Belə ki, Türkiyənin Cənubi Qafqazda rolunun artdığı bir məqamda Fransa prezidenti Orta Asiya ölkələri ilə əlaqələri gücləndirmək qərarına gəlib. O, ölkəsinin enerji təhlükəsizliyini gücləndirmək üçün Qazaxıstan və Özbəkistana səfərlər planlaşdırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb. Hər iki ölkə enerji resursları ilə zəngindir və uranın əsas tədarükçüləri sırasındadır.

“Qazaxıstan Fransanın enerji təhlükəsizliyinin açarıdır”, – Fransa Beynəlxalq Münasibətlər İnstitutunun Parisdə fəaliyyət göstərən tədqiqatçısı Maykl Leviston bildirib.

Onun sözlərinə görə, Makronun səfəri Parisin əməkdaşlığı genişləndirməyə hazır olduğunu xatırladacaq.

Makron Rusiyanın qalıq yanacaqlarından imtina etmək üçün uran tədarükünə dair müqavilələri reallaşdırmaq niyyətindədir. Fransa prezidenti Qazaxıstan və Özbəkistanın Rusiyadan asılılığına təsir göstərmək də istəyir.

Makron noyabrın 1-də Qazaxıstana rəsmi səfər edəcək. Ertəsi gün Fransa lideri Özbəkistana yola düşəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər