10.11.2024, 23:41
AZ EN
27.10.2023, 13:21 329

Babayanın minlərlə azərbaycanlını qətlə yetirdiyini ermənilər də təsdiqləyir

XƏBƏRLƏR

Qarabağ separatçılarının “keçmiş müdafiə naziri”, antiterror tədbirlərindən sonra Xankəndidən İrəvana qaçmış Samvel Babayanın Birinci Qarabağ müharibəsi dövründə minlərlə azərbaycanlını qətlə yetirdiyini ermənilər də təsdiq edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə son vaxtlar Ermənistan mətbuatında müxtəlif səpkili məlumatlar dərc olunur. “Hraparak” qəzetində dərc olunmuş məqalədə bu qaniçən cinayətkarın niyə digər separatçı liderlər kimi həbs olunmadığından bəhs olunur. Qəzet Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra İrəvana qaçmış keçmiş separatçıların keçmiş  Qarabağ separatçılarının keçmiş "müdafiə naziri”nin rəsmi Bakının təqibindən, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının cəngindən yaxa qurtara bilməsini "müəmmalı qaçış" kimi xarakterizə edib.

“Minlərlə azərbaycanlını qətlə yetirən, Birinci Artsax (ermənilər hələ də Qarabağı belə adlandırır - red.) müharibəsinin qaliblərindən biri Samvel Babayan maneəsiz Ermənistana daxil olub. Azərbaycana görə, o, müharibə cinayətkarıdır. Amma Babayan niyə belə humanist münasibət gördü?”, - deyə məqalədə bildirilir.

Qəzet Babayan;n necə xilas olmasına cavab axtararaq yazır ki, ola bilsin, Azərbaycan tərəfi ilə gizli danışıqlar aparması onun Xankəndini gizli şəkildə tərk edərək İrəvana qaçmasını təmin edib: "Babayan özü Azərbaycanla danışıqlar apardığını etiraf edib. Amma Araik Arutyunyan da həmin danışıqlarda tərəf olub. Nə üçün Babayan bağışlandı, amma Arutyunyan yox?"

Məqalədə Samvel Babayanın dolayısı ilə Nikol Paşinyanın himayə etdiyinə də işarə vurulur. Belə ki, “Hraparak” qəzeti Babayanı Paşinyanın “qeyri-rəsmi mətbuat katibi” adlandırılıb.

Xatırladaq ki, S.Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və sonra Azərbaycan şəhərlərinin, rayonlarının işğalında xüsusui rol oynayıb. Sonradan separatçılar arasında daxili mübarizə nəticəsində "vəzifə"dən məhrum edilərək həbsə atılıb. Azadlığa buraxıldıqdan sonra Qarabağı tərk edərək Ermənistana gedən Babayan 2016-cı ildə yenidən Qarabağa qayıdaraq burada fəal "siyasi fəaliyyət"ə başlayıb. Bu ilin sentyabrında həyata keçirlən antiterror tədbirlərindən əvvəl
Rusiya sülhməramlılarının himayəsi altında siyasi “fəaliyyət” göstərən  və erməni separatçılarına məxsus “Vahid vətən partiyası"na rəhbərlik edən Samvel Babayan rəsmi Bakı ilə sülh danışıqlarına başlamağın tərəfdarı olduğunu dəfələrlə elan edib.

Xocalı soyqırımının əsas təşkilatçılarından olan bu müharibə canisi Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən sonra Ermənistana qaçıb. Qarabağ separatçılarının keçmiş "müdafiə naziri” bir neçə gün əvvəl “CivilNet” xəbər portalına müsahibəsində Qarabağdakı qondarma rejimin tarixin zibilliyinə atıldığını etiraf edib. Babayan deyib ki, bu məsələ Ermənistanda heç kimə maraqlı deyil və Azərbaycanla Qarabağda ləğv olunmuş qondarma rejim arasında danışıqlarının bərpası ehtimalı sıfıra bərabərdir.

Elxan SALAHOV

Oxşar xəbərlər