09.06.2025, 15:29
AZ EN
27.10.2023, 11:34 364

“Böyük qayıdış” üzrə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramının qəbulu təklif olunur

XƏBƏRLƏR
  • “Böyük qayıdış” strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla əlaqədar ayrıca dövlət proqramının qəbul edilməsi təklif olunur.

Bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

Deputat bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz yaratmaq olar: "Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir".

Komitə sədri vurğulayıb ki, icbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir: "Bundan başqa, qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq və tərkibini formalaşdırmaq da olar". (Report)

Oxşar xəbərlər