Forumun əhəmiyyətinə və Azərbaycan-Türkiyə əlaqələrinə diqqəti çəkən səlahiyyətli nümayəndə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.
İğdır valisi Ercan Turan səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib, qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərindən bəhs edib.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar göstərilən dəstəyə görə təşəkkür edib, forumun əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin əməkdaşlığın inkişafındakı rolundan danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Report)