19.10.2024, 19:34
AZ EN
26.10.2023, 14:52 297

Ermənistan Qarabağı tərk edən ermənilərə qaçqın statusu verməyə hazırlaşır

XƏBƏRLƏR

Ermənistan Qarabağı tərk edən ermənilərə həm ölkə daxilində güzəştli şərlərlə yaşaması, həm də beynəlxalq müstəvidə hüquqlarının qorunması üçün onlara status verməyə hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 25-də nildirib. O, parlamentin iclasındakı ənənəvi hökumət saatında deputatların suallarını cavablandırarkən deyib ki, Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra könüllü şəkildə bölgəni tərk edərək Ermənistanda yaşamağa qərar verən ermənilərə “müvəqqəti müdafiə” statusu verəcək. Bununla belə, statusun əsas mahiyyəti və onun hansı kriteriyalarla müəyyən ediləcəyi açıqlanmayıb.

Paşimyan bildirib ki, bu məsələlərlə bağlı yekun qərar Ermənistan hökumətinin növbəti iclasında veriləcək. Onun sözlərinə görə, artıq işlənib-hazırlanmış həmin qərar layihəsi bir neçə dəfə müxtəlif formatlarda müzakirə olunub.
 
Ermənistanın baş naziri publik şəkildə açıqlamasa da, Qarabağı tərk edərək Ermənistanda yaşamağı seçən ermənilərə qaçqın statusu verməyi nəzərdə tutur. Bildirilir ki, "müvəqqəti müdafiə" adı altında Qarabağ ermənilərinə veriləcək qaçqın statusu həm milli, həm də beynəlxalq səviyyədə onların hüquqlarının maksimum dərəcədə müdafiəsinə imkan verəcək.

“Hər halda bizim hüquqşünaslarımız bu qənaətə gəliblər”, - deyə Ermənistanın baş naziri parlamentdəki çıxışında əlavə edib.

Göründüyü kimi, bir vaxtlar gah beynəlxalq təşkilatlar, gah da xarici havadarları vasitəsilə Azərbaycandan Qarabağda yaşayan erməni sakinlər üçün xüsusi status verilməsini tələb edən Ermənistan hakimiyyəti indi həm separatçı soydaşlarını, həm də 30 il ərzində onların girovluqda saxladığı ermənilərə öz ölkəsində "müvəqqəti müdafiə" statusu vermək məcburiyyətində qalıb. Amma bu statusun da beynəlxalq hüquq normalarına uyğunlaşdırmaqda çətinlik çəkirlər. Çünki Qarabağı tərk edərək Ermənistanda yaşamağı seçən ermənilərə qaçqın statusu veriləcəyi halda ortaya belə bir sual çıxacaq: həmin ermənilər hansı dövlətdən qaçıblar?

Ermənilər üçün bu sualın iki mümkün cavabı ola bilər:
1) Azərbaycan. Amma onlar müstəqil Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməyiblər. Qəbul ediblərsə və bunu Azərbaycan Respublikasının pasportları ilə təsdiq edə bilirlərsə, onlara qaçqın statusu (yəni bir ölkədən digər ölkə köçmək məcburiyyətin olan şəxslər) verilə bilər. Lakin Qarabağı tərk etmiş ermənilərin heç biri nə faktiki, nə də hüquqi cəhətdən Azərbaycan Respublikasının vətəndaşı deyil. Belə olan halda onlara Azərbaycan ərazisindən qaçqın düşmüş şəxs statusu verilə bilməz. Bunun heç bir beynəlxalq hüquqi əsası yoxdur.
2) Qondarma "Artsax"dan. Dünyada bu adda dövlət yoxdur. Hətta Ermənistan özü də bu qondarma "respublikasnı" tanımır. Odur ki, Ermənistanın qondarma "Artsax respublikasının  vətəndaşı" kimi dünyaya təqdim etmək istədiyi ermənilərə bu tərəfdən də qaçqın statusu verilə bilməz.

Elxan SALAHOV

Oxşar xəbərlər