09.06.2025, 06:35
AZ EN
18.10.2022, 20:08 664

Milli Məclisin deputatı Ceyhun Məmmədov: “Füzulinin azad edilməsi  digər rayonların azad edilməsinə aparan yolda açar rolunu daşıyırdı” 

XƏBƏRLƏR

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bu fəaliyyətdən irəli gələrək dövlət başçısının  dəfələrlə çıxışlarında dayanıqlı inkişafın vacibliyini bildirməsi vətəndaşlarımız üçün motivasiya mənbəyinə çevirilib.Dövlətimizin başçısının qətiyyətli addımları hər bir soydaşımıza mənəvi güc verir. Ali Baş Komandanın diplomatik çevikliyi və Milli Ordumuzun əzmi sayəsində Qarabağ işğaldan azad olundu. Azərbaycan xalqı milli məsələdə istər ön cəbhədə, istərsə də arxa cəbhə birləşib düşmənə mübarizə aparmaq gücünü ortaya qoydu. Bu gün Türk dünyası Azərbaycanın bu şanlı Zəfəri ilə qürur duyurlar.
İşğaldan azad olunan rayonlarımızda Azərbaycan bayrağının qaldırılması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bununla Cənab Prezident hər zaman xalqın yanında olduğunu bir daha sübut edib.
 Doğma el-obalarımızın viran olunmasını görmək nə qədər bizə ağır olsa da, Cənab Prezidentin bu yerlərə səfəri və orada dünyaya mesaj verməsi hər birimizi qürurlandırır. Biz hər birimiz doğma torpaqlarımıza getməyi səbirsizliklə gözləyirik. Bu gün dövlətin dəstəyi ilə işğaldan azad olunan torpaqlarımızda infrastruktur yenidən bərpa olunur, müasir evlər tikilir və beləcə buralarda həmvətənlərimiz öz həyatlarını yaşayacaqlar.
Millət vəkili Ceyhun Məmmədov Füzuli şəhəri haqqında fikirlərini belə vurğulayıb:
-Füzuli də demək olar ki, digər rayonlarımız kimi faşist xislətli ermənilər tərəfindən şumlanmışdı, bir dənə də salamat ev qalmamışdı. Yıxıb sökdükləri evlərlə gözləri doymayan harın ermənilər daşları belə alova sarmışdılar..
Birinci Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən 1993-cü il avqustun 23-də Füzuli rayonunun əksər hissəsi işğal edilmişdi. Bu işğal nəticəsində yüzlərlə soydaşımış şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğalda əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, Birinci Qarabağ müharibəsindən sonra tanınmaz hala düşüb.Ermənistanın törətdiyi vəhşilik izləri özünü rayonun hər bir yerində biruzə verir. İşğaldan əvvəl öz tarixi ilə, tarixi-dini qədim abidələri ilə, türbələri ilə zəngin olan  Füzuli rayonu erməni vandalizmi nəticəsində yerlə yeksan edilmişdir. Lakin işğaldan sonra qısa müddət ərzində  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edilərək bərpa edilmişdir. Həmin vaxt üçün ölkəmizin  sahib olduğu ordu  ilə bu məntəqələrin işğaldan azad edilməsini möhtəşəm bir qələbə hesab etmək olardı.
İkinci Qarabağ müharibəsinin ilk günündə etibarən  Azərbaycan ordusu Füzulinin  bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi. Şəhidlərimizin öz qanları ilə yazdığı zəfərin ilk addımları oradan başladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Azərbaycan ordusunun gücü sayəsində Füzuli 2020-ci il oktyabrın 17-də erməni işğalçılarından təmizləndi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən mühüm döyüşlərdən biri olmuşdur.
Füzuli rayonunun azad edilməsi  digər rayonların azad edilməsinə aparan yolda açar rolunu daşıyırdı. Bu şəhərin azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi. Bəlkə də bir çoxları Füzuli  rayonu uğrunda gedən döyüşlərin aylarla çəkəcəyini düşünürdü. Amma Azərbaycan ordusu bunu 20 gün ərzində bacardı, şanlı üç rəngli bayrağımızı Füzuli şəhərində ucaltdı.  Füzuli uğrunda gedən döyüşlər zamanı düşmənin çoxsaylı əsgəri, öz döyüş bayraqlarını, silahlarını cəbhədə buraxaraq qaçdılar. Onlar Azərbaycan ordusunun qüdrətindən xəbərdar idilər.
İndi Bəyük Qayıdışın nəticəsi olaraq Füzuli rayonu sürətlə dirçəlir. Artıq Füzulidə nəqliyyat yoları, hava limanı, digər infrastrukturlar inşa edilib və bu proses uöurla davam etdirilməkdədir. Artıq bütün məcburi köçkünlər səbirsizliklə  işğaldan azad edilmiş doğma yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər.  

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər