19.10.2024, 21:34
AZ EN
20.10.2023, 19:04 198

Fransa üzr istəmək əvəzinə, başqalarına dərs keçməyə cəhd göstərir

XƏBƏRLƏR
  • Fransa hələ də öz müstəmləkəçilik siyasətinə görə üzr istəmək əvəzinə, ölkə daxilində pozulmuş insan hüquqlarını müdafiə etmək əvəzinə, başqalarına dərs keçməyə cəhd göstərir. Hətta bununla kifayətlənməyib müxtəlif regionlarda yeni münaqişə ocaqları yaratmağa çalışır.

Bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

O qeyd edib ki, Fransa bu cür təxribatlara müxtəlif formatlarda cəhd edir.

“Misal üçün Fransanın Ermənistanla yeni silah müqaviləsi imzalaması sülhə deyil, yeni qarşıdurmaya xidmət edir. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında açıq formada dedi ki, "əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq".

Eyni zamanda açıq deməliyəm ki, həm AŞPA-da, həm də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamələr Fransa məhsuludur, məhz Fransanın dəstəyi ilə həyata keçirilir.

Əlbəttə həmin qətnamələrin heç bir hüquqi və mənəvi əsası yoxdur. Hesab edirəm ki, AŞPA və Avropa Parlamenti də özünü Fransanın müstəmləkəsi kimi aparır.

Buradan AŞPA-ya, Avropa Parlamentinə azadlıq, məntiq və reallıq hissi arzu edirəm. Hər iki qurumu beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıram”, - deyə deputat əlavə edib. (Trend)

Oxşar xəbərlər