09.06.2025, 03:08
AZ EN
17.10.2023, 11:07 423

BQXK 30 il ərzində 700-ə yaxın əsirin qaytarılmasında iştirak edib

XƏBƏRLƏR
  • Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1990-cı ildən 2020-ci ilə qədər hər iki tərəfə (Azərbaycan və Ermənistan – red.) 700-ə yaxın əsir saxlanılan şəxsin qaytarılmasında iştirak edib.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Onun sözlərinə görə, mediada gedən bəzi məlumatlar dezinformasiya xarakteri daşıyır: "Bəzən mediada məlumat yayılır ki, əsirlərin verdiyi məktublar ailələrinə çatdırılmayıb. Ola bilər ki, məktubu göndərən şəxsin verdiyi ünvan səhvdir və ya həmin ünvanda artıq onun qohumları yaşamır. Bu zaman da biz bunları araşdırdıqdan sonra məktubu həmin şəxsə qaytarırıq". (APA)

Oxşar xəbərlər