Bunu “Global Media Group”un media direktoru Həmid Həmidov CBC telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, bu miqyasda bir hadisə, həmçinin Azərbaycan xalqının birliyi, ruhu mütləq tarix kitablarına düşəcək.
“Xankəndidəki Azərbaycan bayrağı əsl qələbə rəmzi oldu. Əminəm ki, çoxları bu hadisənin nə qədər mühüm və tarixi əhəmiyyət kəsb etdiyini tam dərk etmir. Bu hadisə mütləq tarix kitablarına düşəcək. Buna nə səbəb oldu? İlk növbədə, Azərbaycan xalqı sınmadı. Birinci Qarabağ müharibəsində yenildikdən sonra biz öz potensialımızı həm hərbi, həm də iqtisadi cəhətdən tədricən gücləndirməkdə davam etdik”, - H.Həmidov bildirib.
Onun sözlərinə görə, bütün Azərbaycan xalqı həmişə inanıb və bilirdi ki, bu ərazilər mütləq öz həqiqi sahiblərinə qayıdacaq.
“Biz tam şəkildə bu torpaqların mütləq əsl sahibinə – Azərbaycana qayıdacağına hazırlaşırdıq. Azərbaycan xalqı, o cümlədən onun rəhbərliyi, xüsusən də Heydər Əliyev və İlham Əliyev bu anı, bu mühüm məqamı daha da yaxınlaşdırmaq üçün bütün lazımi addımları atdılar”, - o qeyd edib.
“İndi Azərbaycanda elə bir şəhər yoxdur ki, orada dövlət bayrağımız dalğalanmasın. Dünən qələbəmizi tam başa vurduq və möhkəmləndirdik”, - “Global Media Group”un media direktoru sözlərinə əlavə edib. (Report)