Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
“Bir sıra aktual beynəlxalq və regional məsələlər müzakirə edilib. Cənubi Qafqazdakı vəziyyətin nəzərdən keçirilməsi kontekstində “3+3” platformasının işinin bərpasının vacibliyi qeyd edilib”, - məlumatda bildirilib.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakı ilə “3+3” formatı çərçivəsində danışıqlara hazırdır.
Qeyd edək ki, "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir. (Report)