Bu fikirləri pakistanlı fəal, Beynəlxalq Kəşmir Qrupunun icraçı direktoru Muhammad Zaman məxsusi açıqlamasında deyib.
Ermənistan-Azərbaycan münaqişəsinin artıq başa çatmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına başlanılmasına baxmayaraq, minalanmış ərazilərin hələ də çox ciddi problem olaraq qaldığını vurğulayan Muhammad Zaman bildirib: “Biz Ermənistan hakimiyyətindən minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyi tələb edirik. Beynəlxalq ictimaiyyətdən də xahiş edirik ki, Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etsin. Beləliklə, biz daha çox insanın həyatını xilas edə bilərik”. (AZERTAC)