08.09.2024, 07:05
AZ EN
11.10.2023, 16:51 163

Meral Akşener: “Hər kəs, xüsusən də Ermənistan bilməlidir ki, Qarabağ Azərbaycanındır”

XƏBƏRLƏR
  • “Hər kəs, xüsusən də Ermənistan bilməlidir ki, Qarabağ Azərbaycanındır”.

Bunu Türkiyənin İYİ Partiyasının rəhbəri Meral Akşener təşkilatın qrup toplantısında bildirib.

Onun sözlərinə görə, bu günə qədər Qarabağ sadəcə Azərbaycanın deyil, böyük bir coğrafiyadakı türkün savaşı olub: "Qarabağ bizim üçün bir həsrət, türklüyün qovşağı, hüquq və azadlıq mübarizəsinin adıdır. Zəngəzur dəhlizinin açılması və onun Orta Dəhlizə birləşdirilməsi bütün region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək".

Partiya sədri deyib ki, bölgədə xaos və münaqişə əvəzinə, sülh və sabitlik hökm sürəcək: “Hər kəs, xüsusən də Ermənistan hökuməti bir faktı çox yaxşı bilməlidir ki, Qarabağ türk torpağıdır, Qarabağ Azərbaycanındır”. (Report)

Oxşar xəbərlər