18.10.2024, 18:25
AZ EN
04.10.2023, 22:23 270

Azərbaycan xalqının qanına əli batmış şəxslərin hamısı cinayətə cəlb olunacaq

XƏBƏRLƏR
  • Cənab Prezident İlham Əliyev Laçına səfəri zamanı separatçı rejimin qondarma rəhbərliyinə qarşı humanistlik göstərərək onlara amnistiyadan yararlanmaq barədə xəbərdarlıq etmişdi. Lakin onlar bu humanistlikdən yararlanmadı.

Bunu açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, aparılan antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Eyni zamanda separatçı rejimin qondarma rəhbərliyi həbs edildi.

"Onların çoxu Azərbaycan əhalisinə qarşı hərbi cinayət qətliam törətmiş və rəhbərlik etmiş şəxslərdir. Azərbaycan xalqının qanına əli batmış şəxslərin hamısı cinayətə cəlb olunacaq. Biz bu gün tarixi anlar yaşayırıq. Bir çoxumuza bu günlər yuxu kimi gəlirdi. Lakin Azərbaycan dövlətinin gücü və Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində bizə bu günləri görməyi nəsib etdi. ", - deyə o, qeyd edib. (Trend)

Oxşar xəbərlər