Onun Azərbaycanda siyasi hakimiyyətə gəlməsi xalqın arzusu, istəyi idi. Məhz bu istəyə görə hələ 1993-cü il iyunun 15-də, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarananda o vaxtkı iqtidar Heydər Əliyevi Naxçıvanda Bakıya dəvət etdi. Ulu Öndər Milli Məclisin sədri seçildikdən çox az müddət sonra isə vəsifəsini “dondurub” öz kəndinə qaçan Prezident Əbülfəz Elçibəyin səhaiyyətlərini icra etməli oldu.
Azərbaycan ağır günlər yaşayırdı: Ermənistan işğalçılılq siyasətini genişləndirir, Qarabağın nəinki dağlıq hissəsini, hətta digər əraziləri də ələ keçirir, yüz minlərlə həmvətənimizi doğma yurdundan didərgin salır, amansız hərbi cinayətlər törədirdi. Bütün bunlar ölkədaxili vəziyyəti gərginləşdirir, siyasi, ictimai, iqtisadi, mənəvi böhranı dərinləşdirirdi.
Həmin dövrdə xalqın ümidgahı Heydər Əliyev idi.
Ölkədə referendum keçirildi, xalqın rəi öyrənildi və onun əsasında 1993-cü il oktyabrın 3-də təşkil edilən prezident seçkiləri Ulu Öndərin tam qələbəsi ilə başa çatdı. Heydər Əliyev xalqın və dövlətin taleyinə cavabdehlik missiyasını öz üzərinə götürdü. Həmin il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Prezident Heydər Əliyev demişdir: “Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Xalqın ümidləri doğruldu: özü də qısa bir müddətdə...
Zəngin siyasi təcrübəsi və liderlik istedadı sayəsində Heydər Əliyev xalqı müstəqillik və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi, işğalçılara qarşı vahid müqavimət cəbhəsi yaratmağa nail oldu. Nəinki işğalın genişlənməsi dayandırıldı, 1994-cü il yanvarın ilk günlərində ordumuzun keçirdiyi uğurlu döyüş əməliyyatı nəticəsində Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi düşməndən geri alındı.
Ulu Öndərin rəhbərliyi altında Azərbaycanın güclənməsi və dirçəliş yoluna çıxması gerçəkliyi 1994-cü ilin mayında Ermənistan atəşkəsə razılaşması ilə nəticələndi.
Atəşkəs Azərbaycanın öz imkanlarını səfərbər etməsinə, mövcud potensialı ölkənin hərtərəfli inkişafına yönəltməsinə şərait yaratdı.
Və müstəqil dövlət quruculuğunu təmin edən bu proseslər Ulu Öndər Heydər Əliyevin şəxsi iradəsi, müdrik və uzaqgörən siyasəti ilə düzgün istiqamət aldı.
Dünyanın diqqəti Azərbaycana yöndəldi, iri dövlətlərin təmsilçiləri Xəzərin neft ehtiyatlarından birgə istifadəyə can atdılar. Xalqımıza böyük fayda gətirən “Əsrin müqaviləsi” imzalandı və az sonra neft gəlirlərinin milli mənafelərimizə xidmət etməsinə başlanıldı.
Ulu Öndər müsətqil dövlətimizi köklü islahatlar, inkişaf, tərəqqi yoluna çıxardı. Özü də ölkə ərazisinin 20 faizinin işğal altında olduğu, bir milyondan çox qaçqının və məcburi köçkünün sosial problemlərini həll etmək zərurəti yarandığı bir vaxtda...
Ulu Öndər bu problemləri dövlətin prioritetləri sırasına daxil etdi. Qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü, düşünülmüş və səmərəli dövlət siyasətinin əsas qoyuldu. Ən ağır şəraitdə didərginlərlə birbaşa onların müvəqqəti məskunlaşdıqları yerlərdə şəxsən görüşmək, ağrılarına şərik olmaq və qayğılarını çəkmək Heydər Əliyevin xilaskarlıq missiyasının mühüm istiqaməti oldu. Bu görüşlərin hər birində Ulu Öndər torpaqlarımızın işğaldan mütləq azad olunacağını, qaçqınların və məcburi köçkünlərin mütləq öz ata-baba yurdlarına qayıdacağını bəyan edirdi. Bu bəyanatlar xalqı mənəvi sıxıntıdan uzaqlaşdırır, ümidsizlikdən qurtarır, gələcəyə nikbin baxmaq düşüncəsi aşılayırdı.
Bu gün Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 30 il ötür. Azərbaycan xalqı bu tarixi ildönümünü Qarabağda və Şərqi Zəngəzurdakı möhtəşəm Zəfərin doğurduğu qürur, fərəh hissi ilə qarşılayır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun hünəri, əsgər və zabitlərimizin qanı-canı bahasına işğalçılar torpaqlarımızdan tamamilə qovulub çıxarılmışdır. Qarabağın hər qarşında dövlətimizin suverenlyi bərpa olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun banisi və qurucusu olduğu müstəqil Azərbaycan dövləti bundan sonra da Zəfər və inkişaf yolunda uğurla addımlayacaqdır!
VS