Tanışlıq zamanı bu nəqliyyat qovşaqlarının regionda nəqliyyat əlaqələrinin yaradılmasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Həmçinin ərazidə gömrük xidmətinin təşkili və bu istiqamətdə aparılan işlər nəzərdən keçirilib. Adiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən yerində müvafiq brifinqlər verilib.
Xatırladaq ki, bu gün Zəngilanda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.
Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri bir sıra obyektlərə baxış keçirib, görülən işlərlə tanış olublar. (Report)