20.09.2024, 07:46
AZ EN
06.06.2022, 16:22 299

BMT rəsmisi: “Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənməsi ümumi rifahın inkişafına xidmət edəcək”

XƏBƏRLƏR
  • Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənməsi ümumi rifah mühitinin inkişafına xidmət edəcək.

Bunu BMT İnkişaf Proqramının Azərbaycandakı daimi nümayəndəsi Çaru Bist Avropa İttifaqı ilə BMT İnkişaf Proqramının azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesinə yardıma yönəlmiş birgə layihənin təqdimatı zamanı deyib.

"Bu layihə inteqrasiyanın, təhsilin, kənd təsərrüfatının inkişafı üçün güclü stimul olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, minalar və partlamamış sursatlar ciddi təhdid təşkil edir və insanların kənd təsərrüfatı torpaqlarına çıxışına əngəl törədir.

"Layihə kənd təsərrüfatından asılı olan 1 500 nəfərə və onların ailələrinə dərhal qısamüddətli dəstəyi təmin edəcək", - Ç.Bist bildirib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR