23.11.2024, 00:30
AZ EN
05.06.2022, 07:00 386

VII Beynəlxalq Sosial Elmlər Konqresi Şuşada yekunlaşıb

XƏBƏRLƏR
  • ADA Universitetində işə başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iyunun 4-də Şuşa paneli ilə yekunlaşıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə,Şuşa Realnı məktəbinin önündə Konqresin bağlanış mərasimi keçirilib.

Konqres Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Bağlanış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, İstanbul Mədəniyyət Universitetinin nümayəndələri İhsan Fazlıoğlu və Zəhra Bilgin, Tokat Qaziosmanpaşa Universitetinin rektoru Bünyəmin Şahin, Mərmərə Universitetindən Ömər Türkər və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov çıxış ediblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev konqresin məhz Şuşada yekunlaşmasının önəmindən, məsuliyyətindən söhbət açaraq bu tədbirin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə yüksək ehtiramın ifadəsi olduğunu deyib. Rektor çıxış zamanı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən bəhs edərək regionda cərəyan edən proseslərdə hər iki ölkənin fəal rol oynadığını vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı Rəfael Hüseynov Konqresin Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı, tənzimlənməsi istiqamətində atılan addımlardan olduğunu qeyd edib. Bu konqresin Şuşada keçirilməsinin əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra özünü ən yüksək səviyyədə göstərib.

Konqres çıxışçıları tədbirin ikitərəfli akademik əlaqələrin daha da genişlənməsinə fayda verəcəyini bildirərək, bu formatda elmi müzakirələrin gələcəkdə də təşkilinin vacibliyini qeyd ediblər. Əlavə edilib ki, iyunun 2-də işə başlayan Konqres çərçivəsində 70-ə qədər panel müzakirələri baş tutub.

Şuşada yekunlaşan Konqres şəhər turu ilə başa çatıb.

Oxşar xəbərlər