08.06.2025, 15:37
AZ EN
23.09.2023, 14:56 327

Georgi Arakelyan: Yaxşı yaşayış üçün gözümüzü Azərbaycana dikməliyik

XƏBƏRLƏR
  • Yaxşı yaşayış üçün biz ermənilər gözümüzü qərbə - Ermənistan tərəfə deyil, şərqə - Azərbaycan tərəfə dikməliyik.

Bunu Qarabağ Erməniləri Hərəkatının üzvü Georgi Arakelyan deyib.

"Gözlənildiyi kimi, Ermənistan bizi atdı. Bütün bunlar ona görədir ki, biz onlar üçün həmişə yad olmuşuq. Sovet illərində də, Sovet İttifaqı dağıldıqdan sonra da. 80-ci illərdə "miatsum" ideyası sırf Ermənistanda yeni siyasi qüvvələrin hakimiyyətə gəlməsi üçün düşünülmüşdü.

80-ci illərdə olduğu kimi, indi də bizi istifadə edib kənara tulladılar. Tarix təkrarlanır. Ümid edirəm, Qarabağ erməniləri, nəhayət, anlayacaqlar ki, yaxşı yaşamaq üçün gözlərini qərbə - Ermənistan tərəfə deyil, şərqə - Azərbaycan tərəfə dikməlidirlər". (Trend)

Oxşar xəbərlər