22.11.2024, 21:39
AZ EN
21.09.2023, 14:45 303

Britaniyalı ekspert: Qarabağda antiterror tədbirləri zamanı Qarabağın mülki əhalisinə zərər yetirilmədi

XƏBƏRLƏR
  • Bir neçə gün əvvəl çox sayda azərbaycanlının həyatına son qoyan tank əleyhinə mina partlayışlarından dəhşətə gəldim. Amma aparılan antiterror tədbirlərində qərargahı Xankəndidə yerləşən qeyri-qanuni və tanınmamış rejimin bir gündən sonra təslim olması, hazırda isə buraxılması xəbərini eşidəndə rahatlaşdım.

Bu sözləri Britaniyalı jurnalist və ekspert Neil Vatson söyləyib.

O qeyd edib ki, Ermənistan 44 günlük müharibənin başa çatmasından bəri üç ildir bədxahlıq edir. Bu dövlət son zamanlar humanitar yardımı siyasiləşdirib, qanunsuz erməni rejiminin qalıqlarını Xankəndidən çıxarmaqdan qəsdən imtina edib və ərazidə qondarma "seçkilər" keçirib.

"Erməni silahlı birləşmələri hazırkı vəziyyəti müharibəyə çevirmək üçün müxtəlif təxribatlar törədirdilər. Faciəvi nəticələrə gətirib çıxaran mina partlayışlarını buna misal çəkmək olar. Davamlı erməni təxribatları Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə rəvac verdi. Texnoloji cəhətdən ən qabaqcıl silahlara malik Azərbaycan həyata keçirdiyi antiterror tədbirləri ilə öz ərazisində olan mülki Qarabağ ermənilərinə heç bir zərər yetirmədi, yalnız terrorçuları hədəf aldı. Düşmən Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünü tez dərk edərək təslim oldu”, - deyə politoloq vurğulayıb.

O əlavə edib ki, bu gün Yevlaxda Qarabağdakı erməni nümayəndələri ilə azərbaycanlılar arasında danışıqların aparılması Azərbaycanın humanitar mövqeyini bir daha təkrarlaması baxımından əhəmiyyətlidir. Keçirilən tədbirlər nəticəsində Azərbaycan bütün ərazilərində öz nəzarətini bərpa etdi. İndi tərəflər Cənubi Qafqazda hamının rifahı naminə davamlı sülh müqaviləsi hazırlamaq üçün birgə işləyə bilərlər. (AZƏRTAC)

Oxşar xəbərlər