20.10.2024, 00:04
AZ EN
20.09.2023, 15:45 275

İqor Korotçenko: Prezident İlham Əliyev müasir dövrün görkəmli siyasətçisidir, Paşinyan isə uğursuzdur

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev müasir dövrün görkəmli siyasətçisidir, Paşinyan isə uğursuzdur.

Bunu sosial şəbəkədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) baş direktoru İqor Korotçenko yazıb.

"Qısacası, başqa cür ola da bilməzdi. Bu istənilən obyektiv analitikə məlum idi", - HASEN-in baş direktoru qeyd edib.

Korotçenko vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası artıq heç nəyi dəyişməyəcək. De-yure və de-fakto Qarabağ Azərbaycandır. Artıq həmişəlik. Reallıq budur.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması və qüvvədə olması faktı mühüm əhəmiyyət kəsb edir.

"Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin əla şəxsi münasibətləri var. Bizim ümumi məqsədimiz ABŞ və Fransanın Cənubi Qafqazda "suyu bulandırmaması"dır. Bu istiqamətdə çalışacağıq", - deyə o, əlavə edib. (Trend)

Oxşar xəbərlər